19 aprel 2013 16:48
Qarabağ Bakı ilə oyuna tam heyətlə hazırlaşır
“Qarabağ” Premyer Liqanın 27-ci turunda qarşılaşacağı “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”ylə qarşılaşdıqdan dərhal sonra hazırlıqlara başlayıb.
“Qarabağ” bu gün tək çalışmayla kifayətlənib. “Qarabağ”ın yeganə məşqi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. “Qarabağ”da bütün futbolçular çalışmada iştirak edib.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu aprelin 21-də keçiriləcək və saat 16:00-da başlayacaq.
