19 aprel 2013 18:00
Kubok oyunlarına görə XL və Qarabağ cərimə olundu
Bu gün AFFA İntizam Komitəsini növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “Qarabağ” matçının 48-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə etsinlər. Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılsın və İntizam Komitəsinə məlumat verilsin.
“Bakı” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
