20 aprel 2013 18:45
Bakı çempionluğa doğru daha bir addım atdı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 27-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.
“Neftçi” “Qəbələ”ni məğlub yola salıb. “Bakı” “Qarabağ” üzərində darmadağına sevinərək, çempionluq yolunda daha bir önəmli addım atıb. “Xəzər Lənkəran” isə “Sumqayıt”a qalib gəlib.
Əvəzedicilərin çempionatı
27-ci tur
20 aprel
Neftçi - Qəbələ - 3:1
Qollar: Vüsal Səfərov, 2, Cavid Muxtarzadə, 75, Kamil Nurəhmədov, 90+3 - Amil Yunanov, 55.
Bakı – Qarabağ – 3:0
Qollar: Nurlan Novruzov, 36; 52, Zahid Sadıqov 84.
Qollar: Nurlan Novruzov, 36; 52, Zahid Sadıqov 84.
Xəzər Lənkəran – Sumqayıt – 2:0
Qollar: Kamran Abdullazadə, 53, Elnur Cəfərov, 64.
