20 aprel 2013 11:17

Ruslan Abışov: Berdıyev mənə güvənir

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
 
- “Rubin”dəki debüt oyununuz barədə nə deyə bilərsiz?
- “Rubin” yaxşı oynadı və qələbəyə də yaxın idi. Çox təəssüf ki, bizim üç xal qazanmağımıza çox cüzi nəsə çatışmadı. Öz oyunuma gəlincə, uzun müddətdi oyun təcrübəsindən əziyyət çəkməyim hiss olunurdu. Ümid edirəm ki, zamanla baş məşqçinin etimadını doğrulda biləcəm.
 
- Rusiya kanalının bu oyunu şərh edən aparıcısı sizin oyununuzu xüsusi qeyd etdi və inamlı çıxış etdiyinizi bildirdi...
- Mən çalışırdım ki, maksimum yaxşı çıxış edim. “Rubin” kimi komandanın əsas heyətində oyuna çıxmaq baş məşqçi tərəfindən göstərilən inamdı. Bu inamı qoruyub saxlamaq lazımdı.
 
- Sizcə, “Amkar” üzərində qələbəni əldən verməyinizə nə səbəb oldu?
- Yəqin ki, “Rubin”in bəzi oyunçularının yorğunluğu özünü göstərdi. Axı komanda həm də Avropa Liqasında çıxış edirdi. Ümid edirəm ki, qalan oyunlarımızda azarkeşlərimizi daha çox sevindirəcəyik.

- Sizin bu komandaya keçidinizdən sonra “Rubin”in azərbaycanlı azarkeşlərinin sayının artdığını demək olar?
- Bilirəm ki, Azərbaycanda “Rubin”in oyunlarını izləyirlər. Hamı mənim karyeramla maraqlanır, istəyir ki, komandam uğurlu çıxış etsin. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.
 
- Kazanlı azarkeşlərin dəstəyini hiss etmisiz?
- Bəli. Bizi dəstəkləyən fanatlarla ancaq fəxr etmək olar.
 
- Komandada sizə münasibət necədi? Artıq özünüzə dost tapa bilmisiz?
- Bizdə mehriban kollektiv var. Mənim üçün hər şey yaxşıdı. Əvvəllər də “Rubin”in bir ailə olduğunu deyirdilər. Bura gələndən sonra deyilənləri özüm də gördüm.
 
- Kurban Berdıyev oyundan sonra sizə nəsə dedi?
- Berdıyev mənə güvənir. Bunu hiss edirəm. Oyundan sonra o, bütün komandaya bəzi fikirlərini çatdırdı. Mənimlə ayrıca danışmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.