20 aprel 2013 11:48
Simurqun İnterdən xal almasına inam yoxdu
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 27-ci turunun “İnter” – “Simurq” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti bu qarşılaşmada “İnter”in qalib gələcəyini proqnozlaşdırır. Bu varianta 65 faiz (239 səs) güvənib.
Heç-heçə olacağına və “Simurq”un qalib gələcəyinə səs verənlər isə o qədər də çoxluq təşkil etməyib.
