21 aprel 2013 00:17
Georgi Çixradze: Artıq söz deməyə ehtiyac yoxdu
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 27-ci turunun “İnter” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunda bir komanda var idi – “İnter”. Bir futbolçumuzun meydandan çıxması oyunumuzu pozdu. Oyun haqqında artıq söz deməyə ehtiyac yoxdu”.
