20 aprel 2013 12:56
Ruslar Ruslan Abışovun debüt oyununa qiymət verdilər
Rusiya mətbuatı futbol üzrə Azərbaycan yığmasının və “Rubin”in müdafiəçisi Ruslan Abışovun “Amkar”la oyundakı çıxışına qiymət verib. Azerisport.az xəbər verir ki, ilk dəfə start heyətdə yer alan və 90 dəqiqə əvəzlənmədən mübarizə aparan futbolçumuz orta qiymət alıb.
Belə ki, həmkarlarımız Abışovun çıxışını 10 ballıq şkala ilə 5,5 xalla qiymətləndiriblər.
Qeyd edək ki, “Rubin” bu oyunda hesabı açsa da, son dəqiqələrdə bir qol buraxaraq, heç-heçə ilə kifayətlənib.
1. Rıjikov - 6,0, 62. Kverkveliya - 5,5, 4. Sezar Navas - 5,5, 87. Abışov - 5,5, 61. Gökdəniz (k) - 5,5, 8. Ryazantsev - 5,5 (35. Temnikov, 85) – qiymətsiz, 66. Natxo - 6,0, 23. R.Yeryomenko - 5,5, 3.Ansaldi - 6,0, 22. Dyadyun - 5,5 (10. Kasayev, 63) - 5,5, 99. Rondon - 6,0.
