20 aprel 2013 13:15
Simurq İnterlə oyuna itkisiz çıxacaq
Topaz Premyer Liqasının 27-ci turunda "İnter"in qonağı olacaq “Simurq” qarşılaşmanın keçiriləcəyi "Şəfa" stadionunda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıqlarını paytaxtda tamamlayan komanda qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirib.
Daha sonra isə Georgi Çixradzenin yetirmələrini taktiki çalışmalara keçib. Qısa ötürmələr və "kvadrat"la tapşırıqları tamamlayan futbolçularımız ikitərəfli oyunla hazırlıqları bitirərək istirahətə çəkilib.
Qeyd edək ki, paytaxt təmsilçisi ilə görüş öncəsi “Simurq”un heyətində zədəli və cəzalı futbolçu yoxdu.
