20 aprel 2013 13:51

Qəbələ Ajax ilə qarşılaşacaq

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiyaya yollanır. Azerisport.az xəbər verir ki, aprelin 21-də “zanbaqlar ölkəsi”nə səfər edəcək təmsilçimiz sözügedən ölkədə birhəftəlik hazırlıq keçəcək.
 
Hüseynqulu Quliyevin yetirmələri hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ”nin Hollandiyada üz-üzə gələcəyi rəqibləri və matçların keçirilmə tarixləri bəllidir. “Qırmızı-qaralar” ilk oyununu aprelin 23-də “Ayaks”a qarşı keçirəcək. Növbəti gün "Qəbələ" Belçikanın “Brügge” klubundan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. “Qəbələ” son yoxlama oyununda, aprelin 28-də Almaniya təmsilçisi “Fortuna” (Düsseldorf) ilə qarşılaşacaq. Komandanı Hollandiya səfərində “Qəbələ” Futbol akademiyasının direktor müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı müşayiət edəcək. Akademiyanın gənc məşqçiləri Xaqani Məmmədovla Sahil Kərimli də heyətdə yer alıblar. “Qəbələ” səfərə bu futbolçularla yola düşəcək:
 
Süleyman Süleymanov, Toğrul Məmmədbəyli, Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Xəyal Əmirli, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd  Mirzəyev, Elvin Həsənov, Azər İsmayılov, Nurlan Quliyev, Coşqun Süleymanov, Qara Mehrəlizadə, Fərid Əsədli, Rövlan Muradov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.