20 aprel 2013 15:06
“Simurqun İnterə mütləq məğlub olacağına dair şayiələrə artıq alışmışam”
“Simurq”un müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- “İnter”lə qarşıdakı oyundan nə gözləyirsiz?
- Rəqibimiz ciddi komandadı. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Çünki bizə üç xal lazımdı. Lakin onu da etiraf etmək lazımdı ki, Bakıda bu komandaya qarşı oynamaq bizə daha çətin olacaq. Həm də “İnter” çempionluq uğrunda mübarizə aparır. Hər şeyə rəğmən, hədəfimiz “İnter”i məğlub etməkdi. Hazırda bizim üçün hər xal qiymətlidi. Artıq xal itirmək olmaz.

- Yəqin ki, artıq hər dəfə “Simurq”un “İnter”ə uduzacağına dair deyilən söhbətlərə alışmısız...
- Müəyyən mənada hə. Bu komandalar arasındakı oyunlar barədə çox söhbətlər dolaşır. Mən sadəcə onu deyə bilərəm ki, bunlar hamısı şayiədi. Biz yenə də qələbə qazanmaq və bu söhbətlərin yersiz olduğunu isbatlamaq istəyirik.
- Amma bunun üçün “Simurq”un ilk dövrədəki çıxışını sərgiləməsi lazımdı. Komanda ilk altılığa vəsiqə qazanandan sonra sanki arxayınlaşıb...
- Mən yalnız öz haqqımda danışa bilərəm: özümdə heç bir arxayınlaşma görmürəm. Sadəcə, hərdən oyun heç də istədiyin kimi getmir. İlk altılıqda çıxış etməyimiz bizi arxayınlaşdıra bilməz. Kubokda da mübarizəni dayandırmışıq. Odu ki, yalnız çempionatda uğur qazanmaq şansımız qalır. Hələ avrokuboklara vəsiqə qazanmaq şansımız var. Qalan altı turda maksimum xal toplamağa çalışmalıyıq.
- “İnter”ə mümkün məğlubiyyət şanslarınızı tamamilə azaldacaq...
- Biz bunu başa düşürük. Lakin ilk altılıqda zəif komanda yoxdu. Hər bir komanda istənilən rəqibini məğlub da edə bilər, uduza da.
- Siz bu oyunla “İnter”i məğlub edə bilərsiz?
- Bizdə oyun planında problem yoxdu. Sadəcə, hərdən qol vura bilmirik. Sən qol vurmayanda da, sənə vururlar. Biz son vaxtlar belə aqibətlə çox üzləşirik.
- Bizdə oyun planında problem yoxdu. Sadəcə, hərdən qol vura bilmirik. Sən qol vurmayanda da, sənə vururlar. Biz son vaxtlar belə aqibətlə çox üzləşirik.
- Mövsümün sonunda “Simurq”u tərk edəcəyinizə dair söhbətlər yenidən qızışmağa başlayıb...
- Hə, bəzi təkliflər var. Mövsümün sonunda bu barədə düşünəcəm. Hələ mənimlə heç kim əlaqə saxlamayıb. Sadəcə, eşitmişəm. Klub adı çəkmək istəmirəm.
- Deməli, getməyə qərar vermisiz?
- Ola bilər gedim, ola bilər qalım. Hazırda yalnız komandamın çıxışı barədə düşünürəm.