21 aprel 2013 18:46
Qurban Qurbanov: Qarabağda qələbə qazanmaq istəyi daha çox idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 27-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun gedişində iki məcburi əvəzetməmiz oldu. Əvəzetmələrdən daxil olan oyunçular özünü doğrultdu. Çempionatın gərginliyi daha da artır. Bu cür gözəl stadionda oyunun sürəti də artır. Vacib üç xal qazandığımızı düşünürəm. Bəlkə də bizim komandada qələbə qazanmaq istəyi daha çox idi. Yaxşı oynayan komandaya qalib gəldik. Qarşıda kubok oyunumuz var. Bugünkü oyunu unudub növbəti oyunlara hazırlaşmalıyıq”.
