21 aprel 2013 18:54
Bojidar Bandoviç: Fərqlənmək üçün çoxlu imkanımız oldu
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 27-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oynadıq, oyuna nəzarət edirdik. Başdan sonadək fərqlənmək üçün çoxlu imkanımız oldu. Heyətdə dəyişikliklər etdik, komandamız qol vurmalı idi. Üç gündən sonra səfərdə vacib kubok oyunumuz var, bu oyuna hazırlaşmalıyıq”.
