21 aprel 2013 20:28
Tərlan Əhmədov: Komandada yorğunluq hiss olunurdu
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun ağır keçəcəyini bilirdik. Kubok oyununun ardından bu oyunu keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ bildik. Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda “Qarabağ”la kubok oyunumuz var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
