21 aprel 2013 20:36
Luis Araqon: Heç-heçə də ola bilərdi
“Qəbələ”nin məşqçisi Luis Araqon Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu. Komandam sona kimi mübarizə apardı. İlk hissədə hesabda irəlidə idik. İkinci hissədə isə qarşılıqlı hücumlar oldu. İmkanlarımızdan yararlana bilmədik, məğlub olduq. Fikrimcə, bu oyunda heç-heçə də ola bilərdi”.
