21 aprel 2013 21:25
Bernard Raab: Bu, bizim üçün önəmli bir xaldı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 27-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün qazandığımız bir xala görə komandanı təbrik edirəm. İlk hissədə qapıçımız iki real qol epizodunda komandanı xilas etdi. İkinci hissədə isə rəqib hücumameylli futbolçularla üstünlüyü ələ aldı. Buna baxmayaraq, oyun heç-heçə başa çatdı. Bu, bizim üçün önəmli bir xaldı”.
