21 aprel 2013 21:31
Con Toşak: İlk dəfə idi ki, bu qədər yaxşı oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 27-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq. Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik”.
