22 aprel 2013 00:54

“Növbəti dəfə Məmmədov ilə Çin dilində danışacam”

“İnter”in makedoniyalı müdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqanın 27-ci turunda “Simurq”la (5:0) keçirilən matç barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, klub saytına müsahibəsində Georgiyevski ona göstərilən sarı vərəqəylə bağlı narazılığını bildirib.
 
- Belə çətin matçda rəqib qapısından 5 cavabsız qol keçirmək “İnter” üçün nə dərəcədə gözlənilən oldu?
- Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən öncə müxtəlif söz-söhbətlər var idi. Biz isə yalnız öz oyunumuzu göstərmək istəyirdik. Düşünürəm ki, bizə üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi epizodda mənə sarı vərəqə göstərməsiylə bağlıdır. Soruşmaq istərdim, nəyə görə mənə sarı vərəqə göstərildi? Biz rəqibin müdafiəçisiylə sadəcə serb dilində danışırdıq və bu zaman qarşımda xəbərdarlıq gördüm. Yəqin oyunun baş hakimi (Elçin Məmmədov nəzərdə tutulur – red.) poliqlotdur və serb dilini bilir, buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir.
 
- Mövsümdə ikinci dəfədi sarı vərəqə limitini keçirsiniz. Bu, ikinci dəfə keçmiş komandanıza -“Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir.
- Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.
 
- Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, nəyə görə vərəqə göstərildi?
- Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan o, ümumiyyətlə, nə anladı?
 
- Buna baxmayaraq komanda növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, “İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
- Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə “Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.
 
- “Simurq”la oyunöncəsi “İnter”in gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Yəqin bu vəziyyət komandanızın futbolçularına mənfi təsir göstərdi.
- Bu hadisə psixoloji planda bizə pis təsir göstərdi. Bir yerə toplaşdığımız zaman baş vermiş hadisədən xəbər tutduq. Heç kim inanmaq istəmirdi, axı Fuad bizlərdən biridir, o, bizim qardaşımızdı. Baş vermiş hadisə bizim üçün çox ağırdır. Ancaq ümid edirik ki, o, tezliklə meydançaya qayıdacaq. Allah ona şəfa versin!
 
- “Simurq”la oyuna qayıdaq. Komandanız bu mövsüm bir oyun ərzində ilk dəfəfir bu qədər qol vurur. Hansı amilin sayəsində “İnter” rəqibin qapısına 5 dəfə yol tapa bildi?
- Biz yaradılmış vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq matçın əvvəlində İbrahima Niassenin əla asmasından sonra Yuri Fomenko baş zərbəsilə topu qapıdan keçirdi. Sonra bizə asan oldu. Sürətli qol özümüzə olan inamımızı daha da artırdı. Rəqib azlıqda qaldığı zaman isə onlara daha çətin oldu. Biz bundan yararlandıq və üstünlüyümüzü vurulmuş qollarla göstərdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.