22 aprel 2013 00:36
Atleticonun seleksionerləri artıq Bakıdadılar
İspaniyanın "Atletico" klubunun seleksionerləri “Bakı” ilə əməkdaşlığa uyğun olaraq Azərbaycana gəliblər. Azerisport.az xəbər verir ki, “Bakı”dan seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur "Atletico" klubunun bazasında təlim alacaqlar.
Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletico"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.
Ötən gün Daniel Qonsales Sanz, David Bellver və Xuanxo Rodriqez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neşə gün davam edəcək. Bir həftə ərzində aparılan təhlillər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən komandanın nümayəndəsi yer ala bilər.
Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq. Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.
Layihənin bütün xərclərini "Bakı" futbol klubu qarşılayır.
