21 aprel 2013 12:08
Xəzər Lənkəranın azarkeşləri ilə klubun idman direktoru arasında görüş keçirildi (FOTO)
“Xəzər Lənkəran”ın idman direktoru Babək Quliyev komandanın fəal azarkeşləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, ilk görüşdən sonra aradan ötən bir ay ərzində klubda gedən işlər barədə məlumat verən Quliyev daha sonra qarşıdakı planlar barədə də söz açıb. Daha sonra azarkeşlər istək və arzularını, o cümlədən iradlarını klub rəsmisinə çatdırıblar.
