21 aprel 2013 12:46
Xəzər Lənkəran oyun öncəsi son məşqinə çıxdı (FOTOLAR)
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, matçın keçiriləcəyi əsas meydançada saat 17:00-da başlayan məşq bir saat davam edib və futbolçular taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər.
“Xəzər Lənkəran”ın rəsmi saytının məlumatına görə, komandanın məşqini Mais Mənsimov başda olmaqla digər klub rəsmiləri də sona qədər izləyib.
Hazırda komandada yeganə zədəli futbolçu Alvaro Silvadı.
