22 aprel 2013 00:47
Qəbələ medal qazanmaq şansını tam itirdi
Topaz Premyer Liqasının ilk altılığında mübarizə aparan klublardan biri medal qazanmaq şanslarını tamamilə itirib. Azerisport.az xəbər verir ki, ilk bəxtsiz “Qəbələ” olub.
Belə ki, hazırda Luis Araqonun çalışdırdığı bölgə klubu son turda səfərdə “Neftçi”yə məğlub olmaqla son şanslarını da itirdi. “Qəbələ” 27-ci turdan sonra üçüncü yerdə gedən “İnter”dən 16 xal geri qalır. “Bankirlər”in 40, qəbələlilərin isə 34 xalı var və ilk altılığın sonuncusudu. Bu isə o deməkdi ki, “Qəbələ” qalan turlar ərzində hətta nəzəri cəhətdən də üçüncü pilləyə qalxmaq şansına malik deyil.
