21 aprel 2013 14:45
Berti Foqts bu gün Premyer Liqanın iki oyununu canlı izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində bu gün keçiriləcək “Bakı” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” oyunlarını izləyəcək.
