22 aprel 2013 11:14
Yaz turnirinə yekun vurulub (FOTOREPORTAJ)
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində AFFA və Bakcell-in dəstəyi ilə Əlillər Futbol Federasiyasının təşkil etdiyi eştiməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri"nə yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günü aşağıdakı nəticələr qeydə alınıb:
"Şimşək" - "Birlik" 1:5
"Ümid" - "Zirvə" 2:10
Beləliklə, turnirin qalibi adını "Birlik" komandası qazanıb. "Şimşək" ikinci, "Zirvə" isə üçüncü yeri tutub.
