23 aprel 2013 00:05
Qarabağ ilkə imza atdı
Premyer Liqanın 27-ci turunda “Bakı”nı yenən “Qarabağ»” qələbə seriyasını 4-ə çatdırdı. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsinin ilk turunda səfərdə “Simurq”a yenilən (0:1) ağdamlılar ardınca 4 qələbə qazanıb.
Bu müddətdə “Qəbələ”ni (1:0), “Neftçi”ni (2:1) və “İnter”i (3:2) yenən “Qarabağ” hesabına 12 xal yazıb və ilk “altılığ”ın final mərhələsindəki ən uğurlu komandası olub.
Qurban Qurbanovun komandası “Bakı”nı yenməklə cari mövsümdə Premyer Liqada bütün rəqiblərini məğlub etməyi bacarıb. Son 2 tura qədər sadəcə “İnter” və “Bakı”nı yenə bilməyən ağdamlılar məlum rəqiblər üzərində ardıcıl qələbələrlə cari birincilikdə bir ilkə imza atıb.
