25 aprel 2013 01:38
Almaniya klubları ispanları biabır etdi (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Münhenin “Bayern” klubu doğma divarlar arasında “Barcelona” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya klubunun bir qədər gözlənilməz qələbəsiylə başa çatıb. Hər halda çoxları "Barsa"nın bu görüşdə dörd cavabsız qolla uduzacağını gözləməzdi.
Yarımfinalın digər ilk oyunu da Almaniyada baş tutacaq və yenə ispanlar qonaq tərəf olub. Dortmund “Borussia”sı “Real”la qarşılaşıb. Maraqlıdı ki, bu görüşdə də meydan sahibləri 4 qolla qalib gəliblər. Lakin "Real" "Barcelona"dan fərqli bir səfər qolu vurduğuna görə, cavab görüşünə bir qədər ümidlə hazırlaşa bilər.
UEFA Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
23 aprel
Bayern (Almaniya) – Barcelona (İspaniya) - 4:0 (1:0)
Qollar: Müller, 25; 82, Qomes, 49, Robben, 73.
24 aprel
Borussia (Dortmund, Almaniya) – Real (İspaniya) - 4:1 (1:1)
Qollar: Levandovski, 8; 50; 55; 67 - Ronaldo, 43.
