23 aprel 2013 00:23
İstirahətə son, hazırlıqlara davam
Topaz Premyer Liqasının 27-ci turunda AZAL ilə görüş keçirdikdən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə “Rəvan”lı futbolçulara istirahət vermişdi. Azerisport.az xəbər verir ki, bu, cəmi 1 gün çəkib.
Belə ki, aprelin 27-də "Turan”la üzləşəcək komanda artıq bazar günü bərpaedici məşq keçib. Nisbətən yüngül hazırlıqda bütün oyunçular iştirak edib. Ötən gün isə komanda fitness hazırlığa üstünlük verib. Trenajor-zalda əzələ kütləsini artırmağa çalışan futbolçular bu gün də 1 dəfə məşq edəcəklər.
