22 aprel 2013 11:56

Rauf Əliyev: Qarabağdan daha yaxşı oynadıq

“Bakı”nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
 
- Keçmiş klubunuza – “Qarabağ”a qarşı oyun haqda nə deyə bilərsiz?
- Keçmiş komandana qarşı oynamaq heç də adi şey deyil. “Bakı” bu görüşdə heç də pis çıxış etmədi. Komanda çox yaxşı futbol sərgilədi. Amma bu, istədiyimiz nəticəni qazanmağımıza imkan vermədi.

- Məğlubiyyətə nə səbəb oldu?
- Bizim fərqlənmək üçün çoxlu imkanlarımız oldu. Ancaq biz onlardan lazımınca yararlana bilmədik. Əvəzində bizim edə bilmədiyimizi rəqib bacardı. Penalti qolu sayəsində qələbə qazandılar.
 
- Sizin birinci hissədə daha çox qol şansınız oldu...
- Elə ikinci hissədə də az qol şansımız olmadı. Sadəcə, hər dəfə nəsə çatışmırdı. Mümkündü ki, biz qol vursaydıq, hər şey tam fərqli bitəcəkdi.
 
- Son dövrlər belə gərgin oyunlardan sonra penalti qərarları böyük söhbətlərə səbəb olur...
- Düzünü deyim ki, qapımıza təyin olunan penalti epizodunu görməmişəm. Buna görə də heç nə deyə bilmərəm.
 
- Demək olar ki, Bojidar Bandoviç əsas gücü “Xəzər Lənkəran”la kubokun cavab yarımfinal görüşünə qorudu?
- Mən belə deməzdim. Hamı gördü ki, biz rəqibdən daha yaxşı oynadıq. Qələbəyə oynayırdıq. Sadəcə, alınmadı.

- Evdə minimal hesabla məğlub etdiyiniz cənublularla cavab görüşündən nə gözləyirsiz?
- Orda daha çətin olacaq. 1:0 sürüşkən hesabdı. Buna görə də Lənkəranda hər şeyin necə nəticələnəcəyini indidən proqnozlaşdırmaq çətindi. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı bitəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.