23 aprel 2013 00:37
İnterin əməkdaşları Fuad Bayramova baş çəkdilər (VİDEO)
Məlum olduğu kimi, aprelin 19-da “İnter”in və “Simurq”un əvəzedici komandaları arasında keçirilən matçda “bankirlər”in yarımmüdafiəçisi Fuad Bayramov zədə almışdı. Azerisport.az xəbər verir ki, uğursuz toqquşmadan sonra dərhal “Medical Plaza” klinikasına aparılan Bayramov böyrəyindən əməliyyat olundu.
Ötən gün komandanın direktoru Natiq Məmmədov, kapital tikinti və istismarı şöbəsinin rəisi Arif Növruzov, komandanın meneceri Səbuhi Səfiyarlı, “İnter”in məşqçiləri Zaur Svanidze, Aleksandr Rexviaşvili və “İnter”in digər əməkdaşları futbolçuya baş çəkiblər. Komandanın direktoru Natiq Məmmədov futbolçunun vəziyyətilə maraqlanıb, ona tezliklə sağalmağı və sıraya qayıtmasını arzulayıb. Bir neçə gündən sonra Fuad Bayramovun evə buraxılması gözlənilir.
