22 aprel 2013 13:44
Ağasəlim Mircavadov: Berti Foqtsa qarşı dayanmaq maraqlı olacaq
Azərbaycanın veteran futbolçusu və məşqçisi Ağasəlim Mircavadov mayın 1-də avropalı veteranlara qarşı keçiriləcək yoldaşlıq matçında yerli oyunçulara rəhbərlik edəcək. Azerisport.az saytına müsahibəsində o, rəqib komandaya rəhbərlik edəcək millimizin çalışdırıcısı Berti Foqtsla rəqabətdən danışıb:
“Mənə hələ heç nə deməyiblər. Yəqin ki, bu günlərdə xəbər edərlər. Bu, yoldaşlıq oyunudu. Nəticə önəmli olmayacaq. Belə oyunlarda adətən dostluq qazanır. Fikrimcə, Berti Foqtsa qarşı dayanmaq maraqlı olacaq”.