22 aprel 2013 14:02
Böyükağa Hacıyevdən Tahir Gözələ: Çayı keçməmiş hop demə
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində bu komandalar arasında keçirilmiş ilk oyunla bağlı açıqlamalarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz hamımız Tahir Gözələ hörmət edirik. O, “Qarabağ” üçün çox iş görür. Əgər səhv etmirəmsə, Gözəlin babası Diyarbəkirdən, atası isə İrandandı. Yəqin ki, onlarda da Naxçıvanda çox istifadə olunan bir ifadə var – çayı keçməmiş hop demə! “Qarabağ” hələ “Neftçi”ni keçməyib. Odu ki, gəlin aprelin 24-nü gözləyək”.