22 aprel 2013 14:27
Arif Əsədovdan altı oyuna beş düzgün proqnoz
19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan yalnız birində yanılıb. Azerisport.az xəbər verir ki, o, 5 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırmağı bacarıb.
Belə ki, Əsədov “Kəpəz” – “Turan” (0:1), “Bakı” – “Qarabağ” (0:1), “İnter” – “Simurq” (5:0), “Neftçi” – “Qəbələ” (2:1), “Xəzər Lənkəran” – “Sumqayıt” (0:0) görüşləri ilə doğru təxminlər irəli sürmüşdü. O, yalnız AZAL – “Rəvan” matçının nəticəsini düzgün proqnozlaşdıra bilməyib.
