22 aprel 2013 14:43

Böyükağa Hacıyev: Onlar üçün sürpriz hazırlayıram

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi

- Öncə sizi 55 yaşınızın tamam olması münasibəti ilə təbrik edirik. Amma bildiyimizə görə, siz ad gününüzü qeyd edə bilməmisiz...
- Ad günüm şənbə günü idi. Amma mən onu həqiqətən qeyd etmədim. Komanda ilə birgə toplanışda idim. Futbolçuları “Qəbələ” ilə oyuna hazırlayırdım. Mən ümumiyyətlə ad günümü qeyd etməyi xoşlamıram.
 
- “Qəbələ” ilə oyunda qazandığınız qələbəni necə şərh edə bilərsiz?
- “Neftçi” yaxşı oynadı. Baxmayaraq ki, oyuna heç də inamlı başlamadıq. Lakin fasilədən sonra oyunumuzu tapdıq. Flavinyonun meydandan qovulmasına baxmayaraq, uşaqlar sonadək oynadılar və qələbə qolunu vurdular. “Qəbələ” də xoşuma gəldi. Komandaya gənc mütəxəssis rəhbərlik edir. Amma onlar da ən yaxşı oyunlarını sərgiləyə bilmədilər. Bizim üçün qələbə və üç xal qazanmaq çox vacib idi. Buna da nail olduq.
 
- İlk altılığın sonuncusu üzərində qələbə niyə bu qədər çətin başa gəldi?
- Hər bir oyunda qazanılan qələbə çətinliklə başa gəlir. Hakimlik barədə danışmaq istəmirəm. Amma qeyd etməliyəm ki, “Qəbələ”nin qapısına iki penalti təyin olunmalı idi.
 
- Flavinyonun yoxluğunda nə edəcəksiz?
- Flavinyosuz “Neftçi”yə həqiqətən çətin olacaq. Amma bizdə əvəzolunmaz futbolçu yoxdu. Elə “Simurq”u da Flavinyo və Mitreski olmadan məğlub etdik. Odu ki, istənilən rəqibə qarşı oynamağa hazırıq. Eyni zamanda Flavinyonun son oyunda qırmızı vərəqəyə layiq olduğunu düşünmürəm. Elmar Baxşiyev həmin epizodda kobud oynamışdı.
 
- Qarşıda sizi “Qarabağ”la kubokun cavab yarımfinal oyunu gözləyir...
- “Qarabağ” gücünə görə ölkənin ikinci komandasıdı. Bizim onlarla oyunlarda sadəcə bəxtimiz gətirmir. Ötən mövsüm onlar bizi məğlub edə bilmirdilər. Bu mövsüm isə əksinədi. Kuboka gəlincə, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bizim finala çıxmaq üçün yaxşı şansımız var. “Qarabağ”a sürpriz hazırlamağa çalışıram. “Neftçi” bu dəfə yeni taktika ilə oynayacaq.
 
- “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin sözlərini necə qarşıladınız?
- Biz hamımız Tahir Gözələ hörmət edirik. O, “Qarabağ” üçün çox iş görür. Əgər səhv etmirəmsə, Gözəlin babası Diyarbəkirdən, atası isə İrandandı. Yəqin ki, onlarda da Naxçıvanda çox istifadə olunan bir ifadə var – çayı keçməmiş hop demə! “Qarabağ” hələ “Neftçi”ni keçməyib. Odu ki, gəlin aprelin 24-nü gözləyək.
 
- Sizi 10 oyunluq cəzalandıranda, nə düşündünüz?
- Bunu eşidəndə inanmadım. Çünki bu, fantastika idi, belə şey ola bilməzdi. 10 matç? Axı nəyə görə? Mən ki heç nə etməmişdim. Apelyasiya Komitəsinin iclasında da komitə sədri Muxtar Babayev mənim sözlərimi eşidəndən sonra gördü ki, qərar səhvdi. Mən AFFA və PFL rəhbərliyini təhqir etməmişdim. Bu üzdən cəzamı azaltdılar. İndi bir oyunluq cəzam qalıb. Ondan sonra komandamın başına keçəcəm.
 
- Komandanı kənardan idarə etmək çətin deyil?
- Nə lazımdısa, oyun öncəsi deyirəm. Oyun zamanı da nəsə lazım olsa, Tərlan Əhmədovla əlaqə saxlayıram. Heç bir çətinlik olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.