22 aprel 2013 14:55
Millimiz Qırğızıstan yığması ilə noyabrda qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandasının bu il daha bir yoldaşlıq oyunu keçirməsi ilə bağlı razılıq əldə olunub. Azerisport.az xəbər verir ki, millimiz noyabrın 19-da Bişkek şəhərində Qırğızıstan yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.
Xatırladaq ki, bundan dörd gün öncə - noyabrın 15-də millimiz rəqib meydanında Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.
