22 aprel 2013 16:01

Simurqdan antirekord, yeni hakim, 77 qol və yenilməz AZAL

Mövsümün “11-liy”i, tarixdə 88
 
Topaz Premyer Liqasının XXVII turunun “Kəpəz” – “Turan” oyunu daha bir hakimin ölkə çempionatında debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmanı idarə edən Ömər Paşayev həm mövsümdə, həm də tarixdə ilk dəfə güclülər dəstəsi oyununda baş hakim kimi meydana çıxdı.
 
O, cari mövsüm Premyer Liqanın arxada qalan 157 görüşündə (nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla) fit çalan 11-ci referidir. Ümumilikdə isə 1992-ci ildən keçirilən çempionatlarda bunadək 87 hakim iş başında olmuşdu. Paşayev həmin siyahıya 88-ci kimi daxil oldu.
 
1
Əliyar Ağayev
21
2
Anar Salmanov
20
3
Rəhim Həsənov
20
4
Fariz Yusifov
20
5
Elçin Məmmədov
20
6
Vüsal Əliyev
19
7
Rauf Cabbarov
13
8
Elvin Əsgərov
11
9
Orxan Məmmədov
8
10
Ramil Diniyev
4
11
Ömər Paşayev
1
 
“Simurq”un tarixində antirekord
 
Zaqatalanın “Simurq” klubu tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Bu, Topaz Premyer Liqasının XXVII turunun “İnter”lə səfər matçında gerçəkləşib. Əyalət təmsilçisi 0:5 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub.
 
Yarandığı 2005-ci ildən “Şəfa”dakı matça qədər 253 rəsmi matç keçirən “Simurq” ən ağır yenilgisini 254-cü görüşdə aldı. Bunadək 86 dəfə məğlub olan komanda birinci dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə uduzmuşdu. Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları  4 top fərqilə olmuşdu. 4 dəfə 4 top fərqilə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla aldı. “Simurq”un 3-dən artıq, yəni 4 və daha çox top fərqilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.
 
“Simurq”un 4 və daha çox top fərqli məğlubiyyətləri
 
16.05.2010
Simurq (Zaqatala) - Standard (Sumqayıt)
0:4
21.08.2010
Neftçi (Bakı) - Simurq (Zaqatala)
4:0
27.11.2010
Qəbələ - Simurq (Zaqatala)
4:0
16.12.2011
AZAL (Bakı) - Simurq (Zaqatala)
5:1
20.04.2013
İnter (Bakı) - Simurq (Zaqatala)
5:0
 
77 qol və məğlubedilməz AZAL
 
Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi başa çatıb. Komandaların iki “altılıq”da mübarizə apardığı 5 turluq dövrədə 30 qarşılaşma keçirilib.
Həm 1-6, həm də 7-12-ci yerlər uğrunda mübarizə aparan “altılıq”da 15 oyundan 3-ü heç-heçə bitib. Yəni ümumilikdə 30 matçın 6-sı bərabərliklə nəticələnib.
 
Dövrənin 30 oyununda qapılara 77 qol vurulub. Orta məhsuldarlıq 2,57-yə bərabər olub. İlk “altılıq”da 34 (orta hesabla 2,27), ikincidə 43 qol (orta hesabla 2,87) vurulub.
Dövrənin ən yaxşısı AZAL olub. Məğlub olmayan yeganə komanda kimi fərqlənən “təyyarəçilər” 5 turda 13 xal qazanıb. “İlk altılığın” ən yaxşısı isə “Qarabağ” olub – 12 xal.
“Rəvan” hamıdan çox – 15 qol vurub. AZAL, “Qarabağ” və “Neftçi” hamıdan az – 4 top buraxıb.
 
“Kəpəz” xala, “Qəbələ” qələbəyə həsrət qalıb. “Kəpəz”lə “Simurq” hamıdan az – 2 qol vurub, “Turan” isə hamıdan çox – 14 top buraxıb. (PFL)
 
1.
AZAL (Bakı)
4
1
0
11 - 4  
13
2.
Rəvan (Bakı)
4
0
1
15 - 5  
12
3.
Qarabağ (Ağdam)
4
0
1
 7 - 4  
12
4.
Neftçi (Bakı)
3
1
1
 6 - 4  
10
5.
İnter (Bakı)
3
0
2
11 - 6  
9
6.
Sumqayıt
2
1
2
 5 - 5  
7
7.
Xəzər Lənkəran
1
3
1
 5 - 5  
6
8.
Bakı
1
2
2
 4 - 5  
5
9.
Simurq (Zaqatala)
1
1
3
 2 - 8  
4
10.
Turan (Tovuz)
1
1
3
 5 - 14
4
11.
Qəbələ
0
2
3
 4 - 7  
2
12.
Kəpəz (Gəncə)
0
0
5
 2 - 10
0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.