22 aprel 2013 16:35
Elmar Baxşiyev: Flavinyonu təxribata çəkməmişəm
“Qəbələ”nin yarımmüdafiəçisi Elmar Baxşiyev Topaz Premyer Liqasının 27-ci turunun “Neftçi” ilə oyunu zamanı rəqib futbolçu Flavinyo ilə arasındakı insidentdən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu, adi oyun epizodu idi. Topu ondan almaq istəyirdim. Bu zaman təsadüfən əlim onun sifətinə dəydi. Yəni bunu qəsdən etməmişdim. Flavinyonu təxribata çəkmək fikrim də yox idi. Lakin kimlərsə bu epizoda fərqli don geyindirməyə çalışırlar”.