22 aprel 2013 16:46
Toşak Lənkəran bazarında (FOTOREPORTAJ)
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Lənkəran bazarına baş çəkib. Azerisport.az xəbər verir ki, uelsli çalışdırıcı xanımı ilə Lənkəran bazarında gəzərkən burda çalışanların dəvətini qəbul edərək çayxanaların birində oturub, əsl Lənkəran çayından dadıb.
Ətrafa toplanan azarkeşlərin “Bakı” ilə keçiriləcək kubok oyunu ilə bağlı suallarına Toşakın xanımı əl işarəsi ilə hesabın “3:0” olacağını bildirib.
Daha sonra gəzintisini davam edərkən mağazaların birində Toşakın xanımına qızıl əşya hədiyyə edilib. Məlumata görə bu hədiyyə qızıl sancaqdan asılmış göz muncuğu olub. (12cioyuncu.info)
