22 aprel 2013 17:04
AFFA milli komandamızın baş məşqçisini qovdu
AFFA 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Zamin Əsədullayevi postundan uzaqlaşdırıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Zamin Əsədullayevlə müqaviləyə vaxtından əvvəl xitam verilib. Lakin onun konkret hansı qüsurlara yol verdiyi barədə məlumat verilmir.
O da bildirilir ki, komandaya rəhbərlik müvəqqəti olaraq Siyasət Əsgərova həvalə olunub.
