22 aprel 2013 17:37
Bakı İtaliya, Latviya və Polşa klublarına rəqib oldu
Çimərlik futbolu üzrə klublar arasında birinci Avropa Kubokunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Bakı”nın da rəqibləri məlum olub.
Belə ki, “zolaqlılar” İtaliyanın “Terracina”, Polşanın “Grembach” və Latviyanın “Kreyss” klublarına rəqib olub.
Qeyd edək ki, turnirdə bütövlükdə 20 klub mübarizə aparacaq. Onlar dörd komandadan ibarət beş qrupa bölünüblər.
Avropa Kuboku İtaliyada keçiriləcək və mayın 15-də start götürəcək.
