23 aprel 2013 19:25
Berti Foqts izlədi, millimiz Türkiyəyə məğlub oldu
Bu gün Bayıl stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb.
Qarşılaşmanı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.
Bu komandalar arasında növbəti oyun aprelin 25-də, saat 16:00-da, Bayıl stadionunda keçiriləcək.
