23 aprel 2013 21:35
Dünya ulduzları Azərbaycana toplaşır
Məlum olduğu kimi, dünyaca məşhur "Atletico" Madrid klubunun üzvləri 28 aprel 2013-cü ildən etibarən şəhərimizin qonaqları olacaqlar. Azerisport.az xəbər verir ki, İspaniyanın ən sevilən klubunun nümayəndələri 3 gün ərzində paytaxtımızda baş tutacaq müxtəlif yönlü tədbirlərə qatılacaqlar.
30 aprel 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda “Atletico” Madrid və "Azərbaycan Ulduzları" (All Star of Azerbaijan) komandaları üz-üzə gələcəklər. Bu möhtəşəm futbol bayramını izləmək niyyətində olan azarkeşlər 25 aprel tarixində etibarən oyuna biletləri əldə edə biləcəklər.
