23 aprel 2013 21:47
All Star of Azerbaijan-Atletico matçının biletləri 2 manata (FOTO)
30 aprel 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda “All Star of Azerbaijan” – “Atletico” beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq haqqında söhbət gedən qarşılşamanın biletləri satışa çıxarılmaq üzrədi.
Biletləri 25 aprel tarixindən etibarən 28 Mall, Park Bulvar, Metro Park ticarət mərkəzlərində və stadionun kassalarında əldə etmək olar. Qiymətlərə gəldikdə, bu rəqəm sektor, sıra və yerdən asılı olaraq 2 manatdan 50 manat arasında dəyişir.
Oyundan əvvəl və sonra azarkeşlərin və futbol həvəskarlarının diqqətinə möhtəşəm konsert proqramı təqdim olunacaq.
