23 aprel 2013 11:15
Azərbaycan klubu UEFA Kubokundan ilk matçından qalib ayrıldı
UEFA Regionlar Kuboku turnirində təmsilçimiz "Qaraçala" komandası ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Litvanın "Lietava" komandası ilə qarşılaşan "Qaraçala" 3:0 hesabı ilə qələbə qazanıb.
Təmsilçimiz növbəti oyununu bu gün Bakı vaxtı ilə saat 16:00-da, Makedoniya komandasına qarşı keçirəcək.
Qeyd edək ki, "Qaraçala"nın mübarizə apardığı 4-cü qrupun oyunları Litvada təşkil olunub.
