23 aprel 2013 11:31
Denis Silva: Çəkdiyimiz əziyyəti hansısa hakimə görə boşa vermək istəmirik
“Neftçi”nin müdafiəçisi Deniz Silvanın azerisport.az saytına müsahibəsi
- Qarşıda sizi “Qarabağ”la kubokun cavab yarımfinal oyunu gözləyir. Lakin 2:1 hesablı qələbə hələ növbəti mərhələyə vəsiqə qazanmaq üçün yetərli deyil...
- Biz özümüz də bunu gözəl başa düşürük. Cavab matçına böyük məsuliyyət hissi ilə hazırlaşırıq. Bizim finala çıxmaq üçün yaxşı şansımız var. Bundan yararlanmaq istəyirik.
- Artıq mövsümün sonu yaxınlaşıb. Hədəflərinizə çata biləcək gücünüz qalıb?
- Bəs etməlidi. Bu mövsümü titulsuz başa vura bilmərik. Qızıl dubla imza atsaydıq, daha yaxşı olardı.
- Bəs etməlidi. Bu mövsümü titulsuz başa vura bilmərik. Qızıl dubla imza atsaydıq, daha yaxşı olardı.
- Amma psixoloji cəhətdən yorğunluq diqqət çəkir. Son matçlarda az qala hakimin hər fitindən sonra mübahisə baş verir...
- Məsələ təkcə yorğunluqda deyil. Mövsümün həlledici mərhələsindəyik. Burda təbii ki, hamını nəticə maraqlandırır, narahat edir. İstəmirik ki, bütün mövsüm ərzində çəkdiyimiz əziyyəti hansısa hakim səhvinə görə boşa verək. Mübahisələr də buna görə yaranır.
- “Qəbələ” üzərindəki son qələbə barədə nə deyə bilərsiz?
- Gözlədiyimiz kimi, çətin oyun alındı. Onlar bizi məğlub etmək istəyirdilər. “Qəbələ”nin heyətindəki legionerlərlə istənilən rəqiblə görüşdə qələbə haqda düşünmək olar. Rəqib çox aqressiv futbol sərgilədi, hətta hesabı da açdı.

- Bütün bunlar ilk hissədə oldu. Hansı ki, “Neftçi” qətiyyən özünə bənzəmirdi...
- Mən deməzdim ki, biz o dərəcədə pis oynadıq. Amma təbii ki, ikinci hissə ilə müqayisədə zəif təsir bağışladıq. Əsas odu ki, oyunda dönüş etməyi bacardıq. Qələbə bizə çox lazım idi. Biz ilk pillədəki yerimizi qorumalıydıq.
- Yeri gəlmişkən, bu oyunda siz də qol vurmağa nail oldunuz...
- Mən qol vurmağı sevirəm. Əgər bu, komandama fayda gətirirsə, mənim üçün ikiqat xoş olur.