23 aprel 2013 11:44

5 il əvvəlki ssenari: 20-ci qələbə üçün

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakıdakı ilk matçda paytaxtın eyniadlı təmsilçisinə 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” 7 gün sonra doğma publika önündə minimal yenilginin əvəzini çıxmağa çalışacaq.
 
“Ağ-yaşıllar” Azərbaycan kuboku tarixində 2-ci dəfə analoji halla üzləşib. Söhbət komandanın səfərdə 0:1 hesabı ilə uduzduqdan sonra cavab matçını öz meydanında keçirməsindən gedir. 2004-cü ildə yaranan Lənkəran təmsilçisi artıq 1 dəfə belə sınaq qarşısında olub.
 
Bu hadisə 2007/08 mövsümündə baş verib. Həmin vaxt da Bakıda 0:1 hesabı ilə uduzan komanda cavab oyununda bunun əvəzini çıxmalı idi. 2008-ci ilin martında “Olimpik”lə Lənkəranda baş tutan qarşılaşmada “Xəzər Lənkəran” bunu bacardı. 2:0 hesabı ilə qalib gəlməklə yarımfinala yüksələn komanda sonda elə kuboku da Lənkərana gətirdi.
 
5 il sonra oxşar ssenari ilə üzləşən “ağ-yaşıllar”ın bu dəfəki qələbəsi həm də yubileylə əlamətdar olacaq. Kubokda öz meydanında 19 dəfə qalib gələn komanda 20-ci zəfərinin astanasındadı.
 
“Bakı” ilə oyunlara gəlincə isə, bu, rəqiblərin 33-cü matçı olacaq. Bakılılar indiyədək 12, XL isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran cənublular 30 dəfə qapısında qol görməklə minimal üstünlüyə malikdir.
 
2004/05      22.08.2004      çempionat      s      0:2
2004/05      23.02.2005      çempionat      e      2:0
2005/06      22.08.2005      çempionat      e      0:1
2005/06      17.02.2006      çempionat      s      1:1
2006/07      26.08.2006      çempionat      e      1:0
2006/07      26.02.2007      kubok              s      2:0
2006/07      04.03.2007      kubok              e      0:1
2006/07      17.03.2007      çempionat      s      0:0
2007/08      04.11.2007      çempionat      s      2:2
2007/08      04.05.2008      çempionat      e      0:0
2008/09      26.10.2008      çempionat      s      0:0
2008/09      25.02.2009      kubok              e      0:1
2008/09      11.03.2009      kubok              s      2:2
2008/09      18.04.2009      çempionat      e      3:0
2009/10       25.11.2009     çempionat      e      1:1
2009/10       29.11.2009     çempionat      s      3:0
2009/10      11.04.2010      çempionat      s      0:1
2009/10      15.05.2010      çempionat      e      0:1
2009/10      23.05.2010      kubok              n      1:2
2010/11      02.10.2010      çempionat      e      1:1
2010/11      27.11.2010      çempionat      s      1:1
2010/11      02.04.2011      çempionat      s      0:0
2010/11      27.04.2011      kubok              e      1:0
2010/11      04.05.2011      kubok              s      1:2
2010/11      13.05.2011      çempionat      e      2:0
2011/12      21.10.2011      çempionat      s      2:2
2011/12      21.12.2011      çempionat      e      3:0
2011/12      19.03.2012      çempionat      e      0:1
2011/12      14.04.2012      çempionat      s      1:4
2012/13      18.11.2012      çempionat      s      0:2
2012/13      06.12.2012      çempionat      e      1:1
2012/13      17.04.2013      kubok               s      0:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.