23 aprel 2013 12:06

Mansurovla Genov İnterin tarixinə düşdü

Premyer Liqanın 27-ci turu çərçivəsində “Simirq”la keçirilən matç “İnter” üçün bir sıra statistik göstəricilərlə yadda qaldı. Azerisport.az xəbər verir ki, “Simurq”la oyunda dubl etməklə fərqlənən bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydançaya çıxan və ikinci hissədə zaqatalıların qapısından qol keçirən “İnter”in gənc forvardı Ramil Mansurov klubun tarixi ərzində bu turnirdə fərqlənə bilmiş “İnter”in sayca 71-ci və 72-ci futbolçuları oldular.
 
Mövsümün gedişində bu siyahıya əvvəllər Georgiya Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq “İnter”dən ayrılmış Cako Arafat düşmüşdülər.
 
Bundan başqa, bu oyun “İnter”in qapıçısı Elşən Poladovun debüt etməsilə də yadda qaldı. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtmasıyla diqqəti cəlb etdi. Belə ki, Elşən Poladov 2006/2007-ci il mövsümündə “İnter”in qapısını qorumuşdu. Qeyd edək ki, Kaxaber Sxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatdı. “İnter”in heyətində daha çox meydançada olan futbolçu Slavço Georgiyevskidi - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdi - 15 dəqiqə.
 
“İnter”in ən yaxşı bombardiri 7 qolla Baçana Sxadadzedi. Təqribən hər 259 dəqiqən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidi - 8.
 
“Simurq” üzərində 5:0 hesablı qələbə “İnter”in tarixində sayca 4-cüdü. Belə ki, 2005/2006-cı il mövsümündə komanda doğma stadionda “Gəncə”ni 5:0 hesabıyla məğlub etmişdi. Növbəti mövsümdə “İnter” Tovuzun “Turan” komandasına 1:7 hesabıyla qalib gəlmişdi. 2009/2010-cu il mövsümündə isə Kaxaber Sxadadzenin yetirmələri səfərdə “Muğan”ı 1:6 hesabıyla darmadağın etmişdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.