23 aprel 2013 12:18
Qarabağ Neftçi ilə oyuna ciddi itki ilə çıxacaq
“Qarabağ” futbol üzrə Azərbaycan Kubokunun “Neftçi” ilə yarımfinal mərhələsinin cavab oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün oyun öncəsi son məşqinə çıxacaq.
Qurban Qurbanovun komandası sabah keçiriləcək oyuna ciddi itki ilə çıxacaq. Belə ki, komandanın sol cinah müdafiəçisi Ansi Aqolli “Neftçi”yə qarşı oynamayacaq. Buna onun “Bakı” ilə çempionat oyununda zədə alması səbəb göstərilir.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda “Neftçi”yə 1:2 hesabı ilə uduzmuşdu.
