23 aprel 2013 12:33
Xəzər Lənkəranda üç itki
“Xəzər Lənkəran” futbol üzrə Azərbaycan Kubokunun “Bakı” ilə yarımfinal mərhələsinin cavab oyununa hazırlıqlarını tamamlamaq üzrədi. Azerisport.az xəbər verir ki, cənub klubu bu gün oyun öncəsi son məşqinə çıxacaq.
Con Toşakın komandası sabah keçiriləcək oyuna bir sıra itkilərlə çıxacaq. Belə ki, Alvaro Silva və Dmitrios Sialmas zədə səbəbindən sabah meydana çıxa bilməyəcək. Eyni zamanda Marin Orsuliç də sarı vərəqə limitini keçdiyi üçün, komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk oyunda “Bakı”ya 0:1 hesabı ilə uduzmuşdu.
