24 aprel 2013 22:49
Kubokun finalında Neftçi ilə XL qarşılaşacaq (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki görüş eyni gündə baş tutub.
İlk oyunda doğma meydanda əzmkar qələbə qazanmış (2:1) “Neftçi” səfərdə “Qarabağ”ın qonağı olub. Qarşılaşma heç-heçə bitdiyindən, paytaxt klubu finala yüksəlib.
Kubokun digər yarımfinal cütündə isə “Bakı” “Xəzər Lənkəran”la qarşılaşıb. İlk oyunda minimal hesabla uduzan cənub təmsilçisi doğma divarlar arasında rəqibini iki cavabsız qolla məğlub edərək, finala yüksəlib.
Beləliklə, azarkeşlər kubokun finalında "Neftçi" - "Xəzər Lənkəran" duelini izləyəcəklər.
Azərbaycan Kuboku
Yarımfinal (cavab oyunları)
24 aprel
QARABAĞ – NEFTÇİ - 2:2 (1:1)
Qollar: R.Almeyda, 41 (1:0), E.Yunuszadə, 43 (1:1), N.Kanales, 76 (1:2), E.Opara, 86 (2:2)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:2
Oyun başladı
Qeyd edək ki, matçın baş hakimi F.Yusifovdu
5. "Qarabağ" hələ ki, daha fəal təsir bağışlayır
6. Qonaqların korner vuruşu uğursuz olur
7. E.Ramosun uzaqdan zərbəsi qapıdan aralı keçir
10. Komandalar bir qədər ehtiyatlı oyuna üstünlük verirlər
15. Qapılar qarşısında hələ ki, ciddi təhlükə yaranmayıb
16. Torres İ.Qurbanovun ideal cinah ötürməsini qapıya göndərə bilmir. Bunu, hələlik oyunun ən təhlükəli qol epizodu saymaq olar
19. "Neftçi"nin ardıcıl iki korner vuruşu qol gətirmir
22. Oparanın zərbəsi zamanı top qapıdan yan keçir
23. A.Abdullayevin zərbəsi qapıdan azca yan keçir
26. Oyunda ilk sarı vərəqə kobud oynayan M.Şükürova verilir
30. "Neftçi" daha çox sürətli əks-hücumlara bel bağlayır
34. Flavinyonun zərbəsi qapıdan aralı keçir
38. Qonaqların korner vuruşu zamanı Varvodiç topu uzaqlaşdırır
40. Mitreski cərimə meydançasında Reynaldonu kobudluqla dayandırdığı üçün həm penaltiyə səbəb olur, həm də sarı vərəqə alır
41. Penaltini R.Almeyda dəqiq yerinə yetirir və hesabı açır - 1:0
43. Cərimə zərbəsindən ötürülən topu E.Yunuszadə dəqiq baş zərbəsi ilə uzaq küncə göndərir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ"da K.Torresi V.Cavadov əvəzləyib
52. R.Sadıqovun cərimə zərbəsi dəqiq olmur
57. A.Abdullayev zədələnir və həkimlər ona tibbi yardım göstərirlər. Oyunu davam etdirə biləcək
60. R.Sadıqov Kanalesi kobudluqla dayandırdığı üçün sarı vərəqə alır
62. "Neftçi" ardıcıl iki kornerdən yararlana bilmir
70. Oyunun tempi bir qədər aşağı düşüb
75. "Qarabağ"da V.Nadirovu B.Subaşiç əvəzləyir
76. İ.Qurbanovun əvəzində isə Ə.İsmayılov meydana çıxır
76. Kanales komandasının əla hücumunu qolla tamamlayır - 1:2
78. Flavinyonu Vobay əvəzləyir
83. A.Abdullayevin əvəzində meydana E.Mehdiyev çıxır
86. Stamenkoviçin çox kobud səhvindən sonra E.Opara topu ondan oğurlayıb hesabı bərabərləşdirir - 2:2
89. Kanalesi B.Nasimov əvəzləyir
90. Subaşiçin təhlükəli zərbəsi qapıdan azca aralı keçir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
QARABAĞ: 89. Miro Vardoviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 55. Bədavi Hüseynov, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Branimir Subaşiç, 22. Əfran İsmaylıov, 44. Eltun Yaqublu, 70. Vaqif Cavadov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 10. Julius Vobay, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
XƏZƏR LƏNKƏRAN – BAKI - 2:0 (1:0)
Qollar: A.Ramazanov, 45+1 (1:0), R.Əmirquliyev, 81 (2:0)
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk oyun – 0:1
Oyun başladı
5. Hər iki komanda ilk dəqiqələrdən hücuma atılıb və erkən qol vurmaq istəyir
7. "Bakı" topu daha çox özündə saxlamağa çalışır
9. Cənubluların sürətli əks-hücumu zamanı A.Ramazanova qarşı A.Nəbiyev təhlükəli nöqtədə kobudluq edir
10. Təyin olunan cərimə zərbəsini Skarlatake qapıya vursa da, E.Nuredinoski topu kornerə çıxarır. Amma lənkəranlılar korneri də qola çevirə bilmirlər
15. XL getdikcə oyunu bərabərləşdirir
16. Oyunun baş hakimi Elçin Məmmədov adi epizodda E.Allahverdiyevə sarı vərəqə göstərir. Halbuki, onun bu sarı vərəqəni haqq etmədiyini iddia etmək olar
17. Ə.Quliyevin əla reydindən sonra verdiyi ideal ötürməni C.Hüseynov qapıdan keçirməyə borclu olsa da, o, 100 faizli qol epizodunu boşa verir
21. Cənublular daha bir kornerdən yararlana bilmir
25. Geridə qalan vaxt ərzində hansısa komandanın aşkar üstünlüyünün olduğunu demək olmaz. Hər iki tərəf fəaldı və hücumlar qurmağa çalışırlar
28. Şoliçin uzaqdan zərbəsi qapıdan yan keçir
30. Şoliç daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
35. Oyunda temp xeyli aşağı düşüb
37. M.Pena da sarı vərəqə alır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
45+1. E.Abdullayev cərimə meydançası həndəvərindən qapıya güclü zərbə endirsə də, Nuredinoski bunu dəf edir. Lakin o, A.Ramazanovun təkrar zərbəsinin qarşısını ala bilmir - 1:0
45+1. A.Ramazanov qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Bakı"nın korner vuruşu uğursuz alınır
47. XL da korneri uğursuz yerinə yetirir
48. Ə.Quliyevin uzaqdan zərbəsi çox uğursuz alınır
50. E.Abdullayev topa əllə toxunduğu üçün sarı vərəqə alır
55. Fasilədən sonra "Bakı"nın fəallığı hiss olunur
58. Meydan sahibləri korner qazanırlar. Lakin bundan faydalana bilmirlər
61. Şoliç yenə qeyri-dəqiq zərbə ilə yadda qalır
62. E.Məmmədov C.Toşaka yaxınlaşıb ondan sakit olmağı tələb edir. Bu vaxt o, ehtiyat oyunçular skamyasında oturan D.Sialmasa da sarı vərəqə göstərir
64. Tounkaranı U.Pamuk əvələyir
71. A.Piti D.Sialmas əvəzləyir
72. Nuredinoski ilə Ə.Quliyev arasındakı anlaşılmazlıq az qala ikinci qolun vurulması ilə nəticələnəcəkdi. Son anda hər şey qonaqlar üçün yaxşı qurtarır
72. Todorov da sarı vərəqə ilə cəzalanır
75. E.Məmmədov yaxın məsafədən qapıya yol tapa bilmir
76. A.Ramazanov ikinci qolu vurmağa çox yaxın olsa da, Nuredinoski ilə üz-üzə qaldığı epizodda qapıçıya uduzur
78. Qonaqların hücumu zamanı Doblas topa inamsız toxunsa da, bu "hədiyyə"dən yararlanan tapılmır
79. A.Şoliçi R.Ristoviç əvəzləyir
81. Cənublular daha bir korner vurmaq hüququ qazanırlar. Məhz bu künc zərbəsi zamanı müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu R.Əmirquliyev tora qovuşdurur - 2:0
83. "Bakı"da F.Elması R.Əliyev əvəzləyir
85. A.Silva rəqibi əliylə tutub saxladığı üçün sarı vərqə alır
87. E.Məmmədovu D.Çesnauski əvəzləyir
89. XL az qala üçüncü qolu vuracaqdı. Amma Sialmasın zərbəsini qapıçı, Ramazanovun təkrar zərbəsini isə E.Rodriqes qaytarır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+4. Penanın zərbəsi qapının üstündən keçir
90+4. XL-da Vandersonu E.Bonfim əvəzləyir
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 24. Gökhan Güleç.
BAKI: 82. Edin Nuredinoski, 25. Şəhriyar Əliyev, 5. Aqil Nəbiyev, 29. Əziz Quliyev, 2. Edemir Rodriqes, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 88. Cavid Hüseynov, 28. Ferdi Elmas, 77. Aleksandr Soliç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 23. Rauf Əliyev, 99. Rəhman Hacıyev, 22. Risto Ristoviç, 27. George Popxadze, 3. Denis İvanov, 7. Deyvidas Çesnauski.
