23 aprel 2013 13:36
“Əgər Kamranın xidmətinə ehtiyac olsa, lənkəranlı azarkeşlərin münasibətindən asılı olmayaraq, meydana çıxacaq”
"Bakı"nın baş məşqçisi Bojidar Bandoviçin azerisport.az saytına müsahibəsi
- Komandanı “Xəzər Lənkəran”la kubokun cavab oyununa hazırlaya bilmisiz?
- Biz bu oyuna 27-ci turun oyunundan sonra yox, bir neçə ay öncədən hazırlaşırdıq. Son dövrlər mütəmadi oyuna çıxırıq. Amma “Xəzər Lənkəran”la kubok oyunları bizim üçün xüsusidi.

- Komandada yorğunluq yoxdu?
- Şübhəsiz ki, mövsümün sonu olduğundan müəyyən yorğunluq diqqət çəkə bilər. Lakin biz qarşıya qoyulan hədəfə çatmağa borcluyuq.

- “Bakı” ilk oyunda minimal hesablı qələbəyə sevindi. Səfərdə bu üstünlüyünüzü qoruya biləcəksiz?
- Komandamdan yaxşı oyun gözləyirəm. Biz üstünlüyümüzü qorumağa, konsentrasiyanı itirməməyə və finala çıxmağa borcluyuq. Bu, bizim üçün çox vacibdi.
- Bu, komandanız üçün avrokuboklara vəsiqə qazanmaq baxımından son şansdı...
- Mənim üçün bütün oyunlar vacibdi. Heç bir oyunu böyük və ya kiçik adlandırmaq olmaz. Şansımız varsa, bundan yararlanmalıyıq.
- Kamran Ağayevi Lənkəranda meydana buraxacaqsız?
- Bu haqda qərarı özüm verəcəm. Kiməsə azarkeşlərin münasibətinə görə şans vermək düz deyil. Həm də “Bakı” bir oyunçudan asılı komanda deyil. Əgər sabah komandaya Kamranın oynamağı lazım olacaqsa, meydana buraxacağıq. Bu, lənkəranlı azarkeşlərdən asılı olan bir məsələ deyil.

- Amma yəqin ki, cənublu fanatların Ağayevə göstərəcəyi psixoloji təzyiqi nəzərə alacaqsız?
- Əgər peşəkar futbolçu belə bir təzyiqə tab gətirə bilmirsə, bunun üstündə işləmək və aradan qaldırmaq lazımdı. Özü də Kamran yığmanın qapıçısıdı.