24 aprel 2013 01:16
Azarkeşlər Qarabağ - Xəzər Lənkəran finalını gözləyirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, futbol üzrə Azərbaycan Kubokunun finalında hansı klublar qarşılaşacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, fanatların böyük əksəriyyəti finalda “Qarabağ” – “Xəzər Lənkəran” duelinin baş tutacağını proqnozlaşdırır. Bu varianta 181 səs (39 faiz) verilib.
“Neftçi” – “Xəzər Lənkəran” finalının baş tutma ehtimalına 137 səs (30 faiz) verilib.
“Neftçi” – “Bakı” finalını da gözləyənlər var. Lakin həm bu, həm də “Qarabağ” – “Bakı” finalına əvvəlkilərlə müqayisədə az səs verilib.
